Lalə ilk dəfə Brilliantla barışmasından DANIŞDI: “Bir-birimizi tanımadan küsmüşdük” – VİDEO 

Lalə ilk dəfə Brilliantla barışmasından DANIŞDI: “Bir-birimizi tanımadan küsmüşdük” – VİDEO 

Hazırda oxunan: Lalə ilk dəfə Brilliantla barışmasından DANIŞDI: “Bir-birimizi tanımadan küsmüşdük” – VİDEO 

159167

Əməkdar artist Lalə Məmmədova ilk dəfə Xalq artisti Brilliant Dadaşova ilə barışmasından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” əyləncəli-musiqili verilişdə danışıb. 

Lalə bu barışığın baş tutmasında B.Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin və stilist Elnur Həsənovun rolunun olduğunu bildirib: 

“Mənə söylədilər ki, mənim Brilliant Dadaşova ilə barışmağım kənardan çox yaxşı görsənməyib, kimlərinsə xoşuna gəlməyib. Onları yazanlar bu hadisənin içərisində həmin an orada olmayan insanlardır. Siz nə bilə bilərsiniz ki, insanların içindən nələr keçir. Onlar belə şeylər yazmaqla çox tələsdilər.

Mən heç zaman Brilliant xanımla yaxın rəfiqə olmamışam. Biz bir-birimizi tanımadan küsmüşdük. Əgər mənim hər hansısa bir sözüm onun xətrinə dəyibsə, mənə niyə ayıb olur ki, insandan gedib üzr istəmək və ya olduğu kimi hadisələri danışmaq. Məni incidən mənasız bir şeylərin üstündə küsülülüyün davam etməsi idi.

Biz bu gün varıq, amma sabah bilmirik, başımıza nə iş gələcək. Təki gözəl işlər gəlsin və həyatımızı gözəl yaşayaq. Brilliant xanımın həyat yoldaşı Ədalət bəy və mənim dostum Elnur sağ olsun, onlar bizim barışığımıza təkan oldular. Hər kəs bizim barışmağımıza sevinirdi. Əgər bizim barışığımız insanların gözünə başqa cür görsənibsə, yazmağa tələsməsinlər. Çünki o situasiyanın içində biz ikimiz idik.

Biz ikimiz bir-birimizi tanımadan bu küsülülüyü davam etdirirdik. İnsanlar hər zaman söhbət etdikcə dumanlar aradan qalxır. Yəgin ki, zaman olacaq Brilliant xanımla haradasa görüşəndə danışacayıq. Əsas odur ki, biz aramızdakı anlaşılmazlığı aradan götürdük. Gerisini isə həyat göstərəcək”. 
Qeyd edək ki, Lalə Məmmədova uzun illərdir, aralarında soyuq küləklər əsən Brilliant Dadaşovanın sentyabrın 15-də keçirdiyi ad günü məclisinə gələrək, onunla barışmışdı. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO