Nazir: “2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq”

Nazir: “2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq”

Hazırda oxunan: Nazir: “2027-2030-cu illərdə iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet olacaq”
638686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan 2027–2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlayır. Strategiyanın əsas istiqamətlərini iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun rolunun artırılması, sənayeləşmə və insan kapitalının inkişafı təşkil edəcək”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.
 

Nazir bildirib ki, yeni mərhələdə insan kapitalına investisiyaların artırılması, enerji transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi və biznes mühitinin yaxşılaşdırılması əsas prioritetlər olacaq.


M.Cabbarov qeyd edib ki, strategiyanın icrasında maliyyə sektorunun aktivləşdirilməsi, kapital bazarlarının inkişafı və uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi də mühüm rol oynayacaq.

Mikayıl Cabbarov diqqətə çatdırıb ki, əsas hədəflərdən biri ixracyönümlü iqtisadi modelin formalaşdırılmasıdır.

Bu məqsədlə Azərbaycanın Orta Dəhlizin imkanlarından daha geniş istifadə etməsi, regional logistika və tranzit qovşağı rolunu gücləndirməsi nəzərdə tutulur.

Nazir vurğulayıb ki, regional tərəfdaşlıq, iqtisadi qarşılıqlı asılılıq və birgə fəaliyyət həm Azərbaycanın inkişaf strategiyasının, həm də regionun dayanıqlı inkişafının mühüm şərtlərindəndir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO