Şairə-publisist Raziyə Kamilqızının yeni kitabları təqdim olundu – FOTO

Şairə-publisist Raziyə Kamilqızının yeni kitabları təqdim olundu – FOTO

Hazırda oxunan: Şairə-publisist Raziyə Kamilqızının yeni kitabları təqdim olundu – FOTO

614738

Bu gün öz işinə başlayan VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şairə-publisist Raziyə Kamilqızının kitablarının təqdimatı keçirildi.

Bizim.Media xəbər verir ki, 36 kitab müəllifi olan Raziyə Kamilqızı daha çox vətənpərvərlik mövzusunda qələmə alır. Müəllif vətən uğrunda canlarından keçmiş 2000-ə yaxın şəhidə həsr olunan şeirləri və onların həyat hekayələrini yeni kitablarında qələmə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO


Festival çərçivəsində yazıçının “Unudulmayan sətirlər”, “Vətənə yazılan ömür”, “Dastana sığmayan ömür”, “Zəfər qəhrəmanları”, “Qarabağa gedən yol”, “Solan günəşim” və “Qələbə müjdəli vətən” kitabları oxuculara təqdim olundu.


Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO