Vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu

Vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu

Hazırda oxunan: Vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu
649605
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərfəli qiymətlərlə inşaat-təmir işləri həyata keçirmək barədə elanları sosial şəbəkələrdə yayaraq vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şirkət rəhbəri Zahir Əskərovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, Zahir Əskərov zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, rəhbərlik etdiyi şirkətin cəlbedici reklamlarını sosial şəbəkələrdə yayaraq digər şirkətlərdən daha ucuz qiymətə təmir-tikinti işlərini həyata keçirtmək vədi verib və vətəndaşları aldadıb.


Zahir Əliyev bir neçə nəfərlə müqavilə bağlayaraq əvvəldən aldığı ödənişlərə görə vəd verdiyi təmir-tikinti işlərini həyata keçirməyib və vətəndaşlara qarşı dələduzluq edib. İttihama görə, təqsirləndirilən 5 nəfər zərərçəkənə 200 min manata qədər ziyan vurub.

Zahir Əskərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO