
- A-
- A
- A+
İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.
Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".
Qeyd edək ki, Hikmət Çətin 1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər Naziri, 1995-ci ildə Cümhuriyyət Xalq Partiyasının lideri və Tansu Çillərin hökumətində Baş nazirin müavini vəzifələrində çalışıb. O, 1997-1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini tutub. Hikmət Çətin dünən 89 yaşında dünyasını dəyişib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































