Tərk edilmiş evləri alıb özünə kənd qurdu – Fotolar

Tərk edilmiş evləri alıb özünə kənd qurdu – Fotolar

Hazırda oxunan: Tərk edilmiş evləri alıb özünə kənd qurdu – Fotolar
649583
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyada tərk edilmiş köhnə tikililəri ucuz qiymətə satın alaraq özünəməxsus kənd yaradan amerikalı sosial şəbəkə fenomeni Castis Ridin (Justice Reed) layihəsi böyük marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.

Məlumata görə, Castis Rid ilin əvvəlindən etibarən Xorvatiyanın Hrvatsko Zaqorye bölgəsində, eyni kəndin sərhədləri daxilində yerləşən ümumilikdə 8 tərk edilmiş tikilini satın alıb.

Bloqer aldığı 8-ci mülkü — təpə üzərində yerləşən kiçik evi gəzərkən divarda keçmiş Yuqoslaviya Prezidenti İosip Broz Titonun çərçivəyə salınmış fotosu ilə qarşılaşıb. O həmin evi 5 min avroya alıb.

"Bura mənim kəndimdir, artıq yeni ev almayacağam" deyərək ev almağı dayandırdığını bildirən Rid, əlində olan 8 tikilinin bərpa (restavrasiya) prosesini addım-addım sosial media hesablarında izləyiciləri ilə bölüşəcəyini açıqlayıb.

Tərk edilmiş evləri alıb özünə kənd qurdu – Fotolar - foto 1
Tərk edilmiş evləri alıb özünə kənd qurdu – Fotolar - foto 2
Tərk edilmiş evləri alıb özünə kənd qurdu – Fotolar - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO