
- A-
- A
- A+
“Bu il nikah potensialında olan insanların yarısı evlənməyib” - Əli Əhmədov
“Bu il Azərbaycanda nikah potensialında olan insanların yarısı evlənməyib”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son statistikaya əsasən, Azərbaycanda bu il 31 min nikah bağlanıb.
“Bu il nikah potensialı 175 min insanı əhatə edir. 175 min nəfəri ikiyə böldükdə 75-80 min nikah alınır. Yerdə qalan bir ayda isə ən yaxşı halda 10 min nikah bağlana bilər. Beləliklə, ümumilikdə 40 min nikah olacaq. Bu da nikah potensialının yarısı deməkdir. Yəni Azərbaycanda bu il nikah potensialında olan insanların yarısı evlənməyib”, - deyə o qeyd edib.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































