Saxlanılan məşhurlar tibbi müayinəyə aparılarkən belə görüntüləndi – Video

Saxlanılan məşhurlar tibbi müayinəyə aparılarkən belə görüntüləndi – Video

Hazırda oxunan: Saxlanılan məşhurlar tibbi müayinəyə aparılarkən belə görüntüləndi – Video
649657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türk məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan 24 nəfər tibbi müayinədən keçirilib. Müayinəyə aparılarkən müğənni və aktyor Özcan Denizin gülümsəməsi diqqət çəkib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində aralarında aktyorlar Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin də olduğu 35 nəfər barəsində saxlanılma qərarı verilib. Əməliyyat zamanı 24 şübhəli saxlanılaraq tibbi müayinəyə aparılıb.
 

İstintaq çərçivəsində şübhəlilərin ifadələri, şahidlərin məlumatları, mobil telefon və digər rəqəmsal materiallar üzərində aparılan ekspertiza nəticələri, eləcə də gizli şahidlərin ifadələri araşdırılıb. Narkotik vasitələrin istifadəsi və ya saxlanılması şübhəsi əsasında 35 nəfər barəsində tədbir görülməsi qərara alınıb.


Saxlanılan şəxslər arasında Deniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Muammer Kapucuoğlu, Deniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcan Deniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayan, Seher Grothe Sevdişan, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın, Murat Başoğlu və Özden Cerrahoğlu yer alıb.

Barələrində saxlanılma qərarı verilən digər 11 nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO