Şahzadə Uilyamın bağ evinə oğru girdi – 2 nəfər saxlanıldı

Şahzadə Uilyamın bağ evinə oğru girdi – 2 nəfər saxlanıldı

Hazırda oxunan: Şahzadə Uilyamın bağ evinə oğru girdi – 2 nəfər saxlanıldı
649589
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Britaniya taxtının varisi şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltona Kraliça II Elizabetin toy hədiyyəsi olaraq verdiyi bağ evində oğurluq siqnalı işə düşüb. Helikopterin də cəlb olunduğu axtarış əməliyyatı nəticəsində iki nəfər saxlanılıb. Hadisə zamanı kral ailəsinin cütlüyünün və uşaqlarının evdə olmadığı məlum olub.

Bizim.Media xəbər verir ki, Norfolk qraflığında yerləşən Anmer Hall malikanəsi oğurluq şübhəsi ilə başladılan istintaqın mərkəzinə çevrilib. Kral ailəsinə məxsus Sandrinqem ərazisində baş verən hadisədən sonra polis əməliyyata başlayıb.

OĞRULAR HELİKOPTERLƏ AXTARILIB

Noyabrın 23-də axşam saatlarında şübhəli fəaliyyətlə bağlı məlumat alan Norfolk polisi ərazidə genişmiqyaslı axtarışlara başlayıb. Polis itləri, dronlar və helikopterin cəlb olunduğu əməliyyat nəticəsində iki kişi oğurluq və qanunsuz əraziyə daxil olmaq şübhəsi ilə saxlanılıb.

UİLYAM VƏ KEYT EVDƏ OLMAYIB

Hadisə zamanı şahzadə Uilyam və Keyt Middltonun uşaqları Corc, Şarlotta və Lui ilə birlikdə bağ evində olmadığı məlum olub. Ailənin Vindzordakı iqamətgahında olduğu bildirilir. Kensinqton sarayı təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməyəcəyini bəyan edib.

KRALİÇA II ELİZABETİN TOY HƏDİYYƏSİ İDİ

Oğurluq şübhəsi ilə bağlı araşdırma aparılan 10 yataq otaqlı malikanə 2011-ci ildə Kraliça II Elizabet tərəfindən şahzadə Uilyam və Keyt Middltona toy hədiyyəsi olaraq verilib. Kral ailəsi xüsusi hovuzu və tennis kortu olan malikanədən istirahət zamanı istifadə edir.

OXŞAR HADİSƏ ƏVVƏL DƏ BAŞ VERİB

Kral ailəsi 2024-cü ildə də oxşar təhlükəsizlik pozuntusu ilə üzləşib. Vindzor qəsrinin ərazisinə daxil olan oğrular iki avtomobili qaçırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO