
- A-
- A
- A+
Elektrikli maşınlar kabelsiz şarj ediləcək – Yeni texnologiya
Osaka Universiteti, Tokai Rika və Kaliforniya Universitetinin San-Dieqo kampusunun tədqiqatçıları elektromobillərin simsiz enerji doldurma sistemində dəqiqliyi artıran ultra genişzolaqlı radio texnologiyası hazırlayıblar.
Bizim.Media xəbər verir ki, yeni texnologiya sayəsində sürücülər avtomobili hər hansı kabelə qoşmadan, xüsusi şarj platformasının üzərində saxlamaqla enerji yığa biləcəklər. Bunun üçün nəqliyyat vasitəsinin platformada düzgün yerləşməsi vacibdir.
Sistem laboratoriya sınaqlarında avtomobilin enerji doldurma sarğısının mövqeyini 2,32 millimetr dəqiqliklə, bucağını isə 0,25 dərəcə xətayla müəyyən edə bilib.
Tədqiqatın nəticələri 2026-cı il avqustun 26-da IEEE Open Journal of Vehicular Technology jurnalında dərc olunub. Sistemin tam ölçülü elektromobillərdə və real şəraitdə sınaqdan keçirilməsinə ehtiyac var.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































