İmamverdi Həmidov: “Xaqaninin fars dilində yazdığı əsərlərin filoloji tərcüməsi hazırlanır”

İmamverdi Həmidov: “Xaqaninin fars dilində yazdığı əsərlərin filoloji tərcüməsi hazırlanır”

Hazırda oxunan: İmamverdi Həmidov: “Xaqaninin fars dilində yazdığı əsərlərin filoloji tərcüməsi hazırlanır”
649638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xaqani Şirvani yaradıcılığının araşdırılması istiqamətində yeni tədqiqatlar aparılır. Şairin fars dilində yazdığı əsərlərin filoloji tərcüməsi hazırlanır”.

Bizim.Media xəbər verir ki, bunu görkəmli alim, professor İmamverdi Həmidov “Xaqani Şirvani və İraq” mövzusunda keçirilən elmi müzakirə zamanı deyib.

Onun sözlərinə görə, şairin poetik tərcümələrində dəqiqləşdirilməsinə ehtiyac olan məqamlar var və filoloji tərcümə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

İmamverdi Həmidov Xaqaninin İraq səfərləri zamanı xəlifənin sarayında qalmaq təklifini qəbul etməməsinə də diqqət çəkib. O, bunu şairin vətənə bağlılığı ilə əlaqələndirib:

“Xaqani öz yurduna bağlı, öz fikirlərində olduğu kimi, şeirlərində də vətəninə bağlı sənətkar idi. Bağdadda olarkən xəlifə ona sarayda şair kimi yaşamağı və fəaliyyət göstərməyi təklif edir, lakin Xaqani buna razılıq vermir. Xaqaninin Savalan dağını Kəbə ilə müqayisə etməsi də şairin mənəvi və düşüncə ucalığıdır. Xaqaniyə Şirvanda münasibət müəyyən qədər dəyişəndən sonra yaşamaq üçün seçdiyi yer Təbriz oldu. Yenə də Azərbaycan, məhz Azərbaycan və Təbriz. Halbuki ona dəvətlər çox olurdu".

Günay Şahmar, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO