
- A-
- A
- A+
Onu “qadın Fatih Terim” adlandırırdılar - “Panatinaikos”dakı dövrü başa çatdı – Foto
Türkiyə basketbolunun tanınmış baş məşqçilərindən olan və “qadın Fatih Terim” ləqəbi ilə tanınan Selen Erdem Yunanıstanın “Panatinaikos” qadın basketbol komandasındakı vəzifəsindən ayrıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 2025-ci ilin martında “Panatinaikos”un baş məşqçisi təyin olunan Selen Erdem Yunanıstan klubunun tarixində ilk əcnəbi baş məşqçi olub.
Selen Erdem X hesabında yayımladığı açıqlamada azarkeşlərə təşəkkür edib:
“Bu proses boyunca mənə dəstəklərini daim hiss etdirən ‘Panatinaikos’ azarkeşlərinə təşəkkür etmək istəyirəm. Sevginiz, dəstəyiniz və mənə göstərdiyiniz hörmət mənim üçün çox xüsusi və unudulmaz olacaq.
“Panatinaikos”da keçirdiyim müddət ərzində çox dəyərli təcrübə, gözəl xatirələr və dostluqlar qazandım. Birlikdə mübarizə apardığımız oyunçularıma, məşqçi heyətimə, klub əməkdaşlarına və bu yolda əməyi olan hər kəsə təşəkkür edirəm”.
Yunanıstan klubunda çalışmaqdan qürur duyduğunu bildirən Erdem vida mesajını bu sözlərlə tamamlayıb:
“‘Panatinaikos’ kimi nüfuzlu və böyük klubun bir hissəsi olmaq, bu komandaya rəhbərlik etmək mənim üçün böyük qürur idi. Birlikdə yaşadığımız gözəl anları və mübarizələri hər zaman xüsusi bir yerdə saxlayacağam”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































