Quba Olimpiya Kompleksinin stadionu ilə bağlı yeni xəbər – Foto

Quba Olimpiya Kompleksinin stadionu ilə bağlı yeni xəbər – Foto

Hazırda oxunan: Quba Olimpiya Kompleksinin stadionu ilə bağlı yeni xəbər – Foto
649629
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Səbail” klubunun dəvəti ilə Almaniyanın “Polytan” şirkətinin mütəxəssisləri Quba Olimpiya Kompleksinin stadionuna baxış keçiriblər.

I Liqa təmsilçisindən Bizim.Media-ya verilən məlumata görə, Daniel Veyler ot örtüyünün durumuna, drenaj xətlərinin vəziyyətinə baxıb.

Əcnəbi mütəxəssis yerli iqlimi, həm əsas, həm də akademiyanın bütün aşağı yaş qrupları üzrə komandalarının burada məşq edəcəyini nəzərə alaraq, öz təkliflərini verib. O, son nəsil süni ot örtüklü meydançanın salınmasını məqbul sayıb. Şirkət bu işlərin ən yüksək keyfiyyətlə həyata keçiriləcəyinə zəmanət verib.

Məlumat üçün bildirək ki, Almaniyanın “Polytan” şirkəti FİFA-nın rəsmi texniki tərəfdaşıdır, FİFA-nın Keyfiyyət Proqramı çərçivəsində “FİFA Preferred Provider” statusuna malikdir.


Quba Olimpiya Kompleksinin stadionu ilə bağlı yeni xəbər – Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO