Tualet qapılarındakı "WC" qısaltması haradan gəlir?

Tualet qapılarındakı "WC" qısaltması haradan gəlir?

Hazırda oxunan: Tualet qapılarındakı "WC" qısaltması haradan gəlir?
649575
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Restoranlardan tutmuş ticarət mərkəzlərinə qədər hər gün qarşımıza çıxan "WC" simvolu əslində XIX əsrdə baş vermiş gigiyena və memarlıq dəyişikliklərinin izini daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən qısaltma ingilis dilindəki "Water Closet" (hərfi mənası "su dolabı" və ya "sulu kabin") ifadəsinin baş hərflərindən yaranıb.
 

Müasir kanalizasiya sistemləri geniş yayılmazdan əvvəl gigiyena şərtləri olduqca ibtidai üsullarla təmin olunurdu. Sifonlu tualetlərdən istifadə yalnız XIX əsrdə mühəndislərin müasir su və kanalizasiya şəbəkələrini inkişaf etdirməsi ilə kütləviləşib.


Həmin dövrdə ingilislər sifonlu sistemlə işləyən bu yeni məkanlar üçün "Water Closet" terminini dövriyyəyə buraxıblar. O dövrün ingiliscəsində "closet" kiçik, qapalı otağı, "water" isə təmizlik üçün istifadə olunan suyu bildirirdi. İstifadə rahatlığına və lövhələrdə az yer tutmasına görə bu ifadə qısaldılaraq beynəlxalq səviyyədə tanınan "WC" simvoluna çevrilib.

Qeyd edək ki, gündəlik danışıq dilində tez-tez bir-biri ilə qarışdırılsa da, "WC" və "hamam" (vanna otağı) əslində fərqli funksiyalara malik iki ayrı sahəni ifadə edir. "WC" yalnız unitazın yerləşdiyi və tualet ehtiyacının ödənildiyi qapalı bölməni, "hamam" isə çimmək və şəxsi gigiyena məqsədilə istifadə olunan duş və ya vanna olan məkanı bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO