Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür

Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür

Hazırda oxunan: Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri baxımından tarixi gündür
649618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tarixən Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmətə, açıq siyasi dialoqa və ortaq maraqların irəli aparılmasına xidmət edib. Liderlər arasında münasibətlər hər zaman müsbət olub. Bu gün iki ölkə arasında münasibətlər baxımından tarixi gün hesab oluna bilər.

Azərbaycanla Litva arasında müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur. Hazırda daha 7 sənəd üzərində iş aparılır. Yaxın zamanda həmin sənədlərin də tamamlanmasının şahidi olacağıq.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrisi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 

Litvanın işğaldan azad edilən ərazilərə investisiya yatırdığını deyən nazir qeyd edib ki, bu ölkəyə məxsus şirkət Araz Vadisi İqtisadi Zonasında kifayət qədər böyük mebel istehsalı müəssisəsinin qurulması ilə məşğuldur.


Burada nəzərdə tutulan investisiyaların həcmi 50 milyon manat təşkil edir. Müəssisə fəaliyyətə başladıqda işğaldan azad olunmuş ərazilərdə əlavə 600 iş yeri yaradılacaq.

“Ticarət dövriyyəsini hazırkı səviyyədə qənaətbəxş hesab etmək olmaz. Halbuki bu sahədə potensial daha böyükdür. Ölkəmizdə biznesin aparılması üçün mövcud imkanlar və perspektivli sahələr mövcuddur”, - deyə C.Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO