
- A-
- A
- A+
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 25-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.
Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.
Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































