Bu il məişət zorakılığı nəticəsində həyatını itirən qadınların sayı açıqlandı

Bu il məişət zorakılığı nəticəsində həyatını itirən qadınların sayı açıqlandı

Hazırda oxunan: Bu il məişət zorakılığı nəticəsində həyatını itirən qadınların sayı açıqlandı
649658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu il məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində ölən qadınların sayı ötən illə müqayisədə azalıb”.

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə ölkədə məişət zorakılığı ilə bağlı 1403 zərərçəkmiş qeydə alınıb, onlardan 40-ı həyatını itirib. 2026-cı ildə isə 1123 zərərçəkmiş qeydə alınıb. Onlardan 931-i qadın olub, 23 qadın isə həyatını itirib.
 

Kamran Ağayev qeyd edib ki, baş verən halların hər biri Baş Prokurorluq tərəfindən nəzarətə götürülüb, təqsirkarların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün vaxtında tədbirlərin görülməsi təmin edilib.


Onun sözlərinə görə, statistika göstərir ki, yalnız hüquqi məsuliyyətin tətbiqi kifayət etmir, qurumlararası əlaqələrin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə monitorinq və əlaqələndirmə qrupları yaradılıb.

"Prokurorluq orqanları gender zorakılığı ilə mübarizə çərçivəsində bu məsələləri daim diqqətdə saxlayacaq", o, vurğulayıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO