Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - Qeydiyyat başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - Qeydiyyat başlayır

Hazırda oxunan: Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - Qeydiyyat başlayır
649572
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

27 noyabr 2026-cı il saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 

Bildirilib ki, namizədlər 4 dekabr 2026-cı il saat 17:00-dək //miq.edu.az/ direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir.


Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat namizədlərə “Şəxsi səhifə” üzərindən təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO