Bu almaların biri 40 dollara satılır - Fotolar

Bu almaların biri 40 dollara satılır - Fotolar

Hazırda oxunan: Bu almaların biri 40 dollara satılır - Fotolar
649567
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin Tibet Muxtar bölgəsində yetişdirilən və nadir tapılan "Qara almaz" alma sortu yüksək qiyməti ilə diqqət çəkir.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, tünd qabığı və şirin ətri ilə tanınan bu almanın bir ədədi 10–40 ABŞ dollarına satılır.

Tünd qabığının əksinə olaraq, meyvənin ləti qar kimi ağdır və dadı balı xatırladır. "Qara almaz" alması Tibetin Nyinqçi şəhərində, dəniz səviyyəsindən təxminən 3 100 metr yüksəklikdə becərilir.

Digər alma sortlarından tünd-bənövşəyi rəngli qabığı ilə fərqlənən meyvə bu rəngi bölgədəki güclü ultrabənövşəyi şüalanma və gecə-gündüz arasındakı kəskin temperatur fərqi sayəsində qazanır.
 

Soyuğa, quraqlığa və zərərli həşəratlara qarşı davamlı olan ağacların uyğun şəraitdə əlavə suvarma və kimyəvi müdaxilə olmadan bar verə bildiyi qeyd olunur. Qara alma ağacları əkildikdən təxminən 8 il sonra tam məhsuldarlıq dövrünə çatır.


İldə yalnız iki ay ərzində yığıla bilən məhsulun təxminən 30 faizi lüks bazarın keyfiyyət standartlarına cavab verir. Məhdud istehsal həcminə görə "Qara almaz" xüsusi hədiyyəlik qutularda təqdim olunur.

Xüsusilə Pekin, Şanxay və Quançjou kimi iri şəhərlərin lüks supermarketlərində satışa çıxarılan bu meyvələr bəzi dövrlərdə hələ məhsul yığımı başlamazdan əvvəl ilkin sifarişlərlə tamamilə satılıb qurtarır.

Bu almaların biri 40 dollara satılır - Fotolar - foto 1
Bu almaların biri 40 dollara satılır - Fotolar - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO