Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO

Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO

Hazırda oxunan: Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO
614737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, festival 22-26 may tarixlərində Elmlər Akademiyasının parkında təşkil ediləcək.
 

Festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb.


Festivalın zəngin proqramına Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsert proqramları ilə yanaşı görkəmli ədiblərin yubileyləri də daxildir.

Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək. Festivalın təntənəli açılış mərasimi bu gün saat 12-də baş tutacaq.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 1
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 2
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 3
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 4
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 5
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 6
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 7
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 8
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 9
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 10
Bu gündən VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına START verildi - FOTO - foto 11

Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO