
- A-
- A
- A+
Əkrəm İmamoğlunun ali təhsil diplomu rəsmən ləğv edildi
Türkiyə məhkəməsi İstanbulun keçmiş meri Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvini qəti şəkildə təsdiqləyib.
Bizim.Media xəbər verir ki, NTV telekanalının məlumatına görə, məhkəmə onun vəkillərinin şikayətlərini rədd edib.
İstanbul Universiteti 2025-ci ilin martında Baş Prokurorluğun müraciəti əsasında İmamoğlunun 1990-cı ildə Şimali Kiprdəki universitetdən köçürülməsi yolu ilə daxil olduğu biznesin idarə edilməsi fakültəsinin diplomunu ləğv edib. Universitet köçürülmə zamanı qanun pozuntularına yol verildiyini və sənədin saxtakarlıq yolu ilə əldə edildiyini bildirib.
2025-ci ilin iyulunda onun həmin universitetin Sosial Elmlər İnstitutunda aldığı magistr dərəcəsinin də ləğv edildiyi barədə məlumat yayılmışdı.
Türkiyə qanunvericiliyinə əsasən, prezidentliyə namizədlərin ali təhsilli olması məcburi şərtdir. Beləliklə, diplomun ləğvi İmamoğlunun 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirakına faktiki olaraq maneə yaradır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































