Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto

Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto

Hazırda oxunan: Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto
649628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mətbuat Şurasında yubilyar media nümayəndələri – “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev və “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, MŞ sədri Vüqar Zifəroğlu yubilyarları təbrik edib, onların ömür yollarının bəzi xarakterik məqamlarını açıqlayıb. MŞ sədri bildirib ki, hər iki qələm sahibinin peşəkar fəaliyyəti jurnalistikaya sədaqətin və bu sahədəki qüsursuz xidmətin bariz nümunəsidir.

Qeyd edək ki, 1991-ci ilin mayından “Sumqayıt” qəzetində müxbir, sənaye və tikinti şöbəsinin müdiri vəzifələrində çalışmış S.Quliyev 2020-ci ildən nəşrin baş redaktorudur. Bunadək isə o, “Sosialist Sumqayıtı”, “Azərbaycan gəncləri”, “Kommunist” (hazırkı “Xalq qəzeti”), “Vışka”, “Bakinski raboçi”, “Sintez” qəzetlərində və “Azərbaycan qadını” jurnalında fəaliyyət göstərib, 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
 

Toplantıda çıxış edən MŞ-nin icraçı katibinin müavini İlqar Tağıyev, vaxtilə “Futbol+” qəzetində çalışmış tanınmış idman jurnalistləri – İlkin Fikrətoğlu, Elton Dünyaməliyev, Rəşad Qasımov və Mehman Süleymanov bu nəşrin M. Rüstəmlinin başçılığı ilə idman mediasının əsl nümunəsini yaratdığını, məktəb missiyası yerinə yetirdiyini vurğulayıblar. Onlar hər iki yubilyara xoş arzu və diləklərini ifadə ediblər.


S.Quliyev media sahəsində səmərəli fəaliyyətinə və 70 illik, M. Rüstəmli isə idman jurnalistikasının inkişafına verdiyi töhfələrə və 50 illik yubileyinə görə Mətbuat Şurasının diplomları ilə təltif ediliblər.

Sonda çıxış edən yubilyarlar keçdikləri ömür yoluna və fəaliyyətlərinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürlərini bildiriblər.

Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 1
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 2
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 3
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 4
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 5
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 6
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 7
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 8
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 9
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 10
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 11
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 12
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 13
Mətbuat Şurasında yubilyar jurnalistlərlə görüş keçirildi – Foto - foto 14


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO