Bələdiyyə sədrinin müəllimlərə göndərdiyi hədiyyə qalmaqal yaratdı – Foto

Bələdiyyə sədrinin müəllimlərə göndərdiyi hədiyyə qalmaqal yaratdı – Foto

Hazırda oxunan: Bələdiyyə sədrinin müəllimlərə göndərdiyi hədiyyə qalmaqal yaratdı – Foto
649585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda bələdiyyə sədri Vahap Akayın 24 noyabr – Müəllimlər Günü münasibətilə müəllimlərə çörək göndərməsi müzakirələrə yol açıb. Bəzi vətəndaşlar bu hədiyyəni mənalı hesab etsələr də, digərləri narazılıqlarını bildiriblər. Bir qisim bunu məqsədəuyğun hədiyyə hesab edib, digərləri isə bələdiyyə sədrinin seçimini tənqid ediblər.

Bizim.Media xəbər verir ki, göndərilən çörək mübahisələrə səbəb olduqdan sonra paylaşımın altında çoxsaylı şərhlər yazılıb. Bəzi istifadəçilər hədiyyənin tənqid olunmasına etiraz edib, digərləri isə Müəllimlər Günü münasibətilə belə bir hədiyyə verilməsini düzgün hesab etmədiklərini bildiriblər.

Paylaşımın altında yazılan bəzi şərhlər:

- “Bir qram qızıl göndərməsələr, narazılıq edəcəklər”.

- “Müəllimi təbrik etmək üçün bu nə yanaşmadır – ona çörək göndərmək?”

- “Zövqsüzlükdür”.

- “Növbəti dəfə makaron da göndərəcək”.

Bələdiyyə sədrinin müəllimlərə göndərdiyi hədiyyə qalmaqal yaratdı – Foto - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO