Aygün Bağırlı: “Xaqaninin cəsarəti indiki gənclik üçün mühüm nümunədir”

Aygün Bağırlı: “Xaqaninin cəsarəti indiki gənclik üçün mühüm nümunədir”

Hazırda oxunan: Aygün Bağırlı: “Xaqaninin cəsarəti indiki gənclik üçün mühüm nümunədir”
649633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şairin yaradıcılığının araşdırılması və təbliği istiqamətində mütəmadi işlər görülür”.

Bizim.Media xəbər verir ki, bunu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Xaqani Şirvani və İraq” mövzusunda keçirilən elmi müzakirədə deyib.

O bildirib ki, Xaqani Şirvaninin 890 illik yubileyi münasibətilə “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi sayı şairin yaradıcılığına həsr olunub. Həmçinin, “Sənətkarın elmi pasportu” seriyası çərçivəsində Xaqani Şirvani haqqında geniş monoqrafik tədqiqat hazırlanıb, seriyanın 100 cilddən ibarət olması nəzərdə tutulub və onun doqquzuncu cildi Xaqani Şirvaniyə həsr edilib.
 

Aygün Bağırlı qeyd edib ki, bu il “Ulduz” jurnalının Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan xüsusi buraxılışı da hazırlanıb. Burada müxtəlif nəsilləri təmsil edən Xaqanişünas alimlərin araşdırmalarına yer verilib.


O vurğulayıb ki, Xaqani irsinin hələ də araşdırılmalı, aydınlaşdırılmalı məqamları var:

“Biz yalnız yubileydən yubileyə klassiklərimizə müraciət etməməliyik. Xaqani irsinin hələ də qaranlıq qalan, ədəbiyyatşünaslığımız üçün problem olaraq qalan məsələləri var. İstərdim ki, “dünya Xaqanini necə görür”, “onun irsi dünyaya nə üçün lazımdır” suallarına da cavab axtaraq. Gənclərimiz Xaqanini niyə oxumalıdır? Onun cəsarəti, mübarizliyi, hökmdarlara boyun əyməməsi və zindan həyatı da bugünkü gənclik üçün təbliğ olunası mühüm nümunələrdir”.

Günay Şahmar, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO