İlhamə Abdullayeva yeni vəzifəyə təyin olundu

İlhamə Abdullayeva yeni vəzifəyə təyin olundu

Hazırda oxunan: İlhamə Abdullayeva yeni vəzifəyə təyin olundu
0:00 / 0:00
648701
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Abdullayeva İlhamə Sarif qızı Agentliyin Uşaq inkişafı və rifahı şöbəsinə müdir təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 

Bildirilib ki, İlhamə Abdullayeva müxtəlif dövrlərdə ümumi təhsil müəssisəsində müəllim, direktor müavini vəzifələrində çalışıb. Həmçinin o, Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri, müdir müavini, daha sonra isə Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifəsində fəaliyyət göstərib.


2014-cü ildə təhsilin inkişafında xidmətlərinə görə, “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O dünən vəzifəsindən azad olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO