
- A-
- A
- A+
Ay torpağında kartof yetişdirildi - Foto
ABŞ-ın Oreqon Dövlət Universitetinin bioloqları NASA-nın dəstəyi ilə ilk dəfə olaraq Ay torpağında kartof yetişdirməyə nail olublar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Təcrübələr üçün alimlər tərkibi və quruluşu baxımından Yer torpağından kəskin fərqlənən götürüblər. Nümunələrin bir hissəsinə qida maddələri ilə zəngin kompost əlavə edilib və kartof əkilib.
Ən yaxşı nəticəni tərkibinin üçdə biri kompostdan ibarət olan nümunələr göstərib: bu torpaqda bitkilər fəal şəkildə kökyumruları əmələ gətirib. Kompostun payı 5–15 faizə endirildikdə isə köklərin inkişafı və biokütlə artımı nəzərəçarpacaq dərəcədə zəifləyib. Eyni zamanda, yetişdirilən kartof yumrularında zəhərli birləşmələrin izləri aşkarlanmayıb və onların qidalılıq dəyəri azalmayıb.
"Biz müəyyən etdik ki, Ay qruntunun analoquna üzvi maddə əlavə edilməsi kartofun bu torpaqda öz həyat dövrünü tam şəkildə başa vurmasına imkan verir", – deyə universitetin dosenti Emerik Qoye bildirib.
Tədqiqatçıların fikrincə, kompost bitkini təkcə qida maddələri ilə təmin etmir, həm də kökləri reqolitdəki ağır metalların toplanmasından qoruyur.
Alimlər qeyd edirlər ki, Ay qruntunu bu cür zərərli birləşmələrdən təmizləməyi öyrənmək mümkün olarsa, "Ay kartofu"nun məhsuldarlığı artacaq ki, bu da gələcək Ay bazalarına öz ərzaq məhsullarını istehsal etməyə kömək edəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































