Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,7 dəfə artıb

Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,7 dəfə artıb

Hazırda oxunan: Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,7 dəfə artıb
116621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycan 14 989 675,87 min ABŞ dolları dəyərində 18 965 213,42 min kubmetr təbii qaz ixrac edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

Belə ki, 2021-ci ilin göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 5,4% azalıb, dəyəri isə 2,7 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.
Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO