
- A-
- A
- A+
Məhəmməd Salahdan tarixi rekord
Misir millisinin və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Məhəmməd Salah tarixi rekorda imza atıb.
Bizim.Media xəbər verir ki, 34 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən və komandasının 5:0 hesablı qələbəsi ilə başa çatan oyunda dubl edib.
Bununla da Salah Misir Futbol Assosiasiyasının hesablamasına əsasən, milli komandada vurduğu qolların sayını 70-ə çatdırıb və ölkə rekordunu yeniləyib.
O, 176 oyunda 69 qol vuran Hossam Hasani geridə qoyub. Salah isə bu göstəriciyə 123 matçda nail olub.
Qeyd edək ki, FİFA-nın rəsmi statistikasında isə Salahın 68 qolu var. Bu fərq bəzi yoldaşlıq görüşlərinin FİFA tərəfindən rəsmi A kateqoriyalı beynəlxalq oyun kimi tanınmaması ilə bağlıdır.
Salah özü isə sosial şəbəkə hesabında soyunub-geyinmə otağında üzərində “70” yazılmış lövhə tutduğu şəklini də paylaşıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































