Yol Polisi sürücülərə müraciət etdi

Yol Polisi sürücülərə müraciət etdi

Hazırda oxunan: Yol Polisi sürücülərə müraciət etdi
647733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər veridyimiz kimi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar hərəkət iştirakçılarına, xüsusilə sürücülərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.

Güclü külək zamanı nəqliyyat vasitəsinin idarəetməsinin çətinləşməsi, yollarda görmə məsafəsinin məhdudlaşması, ağac budaqlarının və müxtəlif əşyaların hərəkət hissəsinə düşməsi yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Bu səbəbdən sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda daha diqqətli olmaq tələb olunur. İriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrinin sürücüləri isə küləyin yaratdığı əlavə təhlükələri nəzərə almalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və şəxsi təhlükəsizliklə yanaşı, digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO