
- A-
- A
- A+
Gündəm
15:08 / 22.01.2016
2 dəq oxunma
Şeyx Əbdül Roma Papasına məktub yazdı
Hazırda oxunan: Şeyx Əbdül Roma Papasına məktub yazdı
117421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov Roma Papası Françisə məktubla müraciət edəcək.xa0
Bu barədə Moderator.az-a danışan rejissor məktub-müraciətin əsas səbəbini bu cür əsaslandırır:
“Bu gün bütün xristiyan dünyası erməni lobbisinin tərəfindədir. Bu səbəbdən də onlar qondarma erməni soyqırımını dünyanın başqa-başqa yelərində təbliğ edirlər. Bu sistemin başında da erməni katalikosları durur. Ötən il Papa qondarma soyqırımının ildönümü zamanı ermənilərə dəstək oldu. xa0Bu il də artıq bu istiqamətdə işlər gedir. Papa xristian təəssübkeşliyini əsas gətirərək ermənilərə dəstək olduqlarını bildirib. Odur ki, mən də ona məktubla müraciət edəcəyəm. Orada bildirəcəyəm ki, sən xristian dünyasının lideri kimi bilməlisən ki, getdiyin Üçmüədzin əvvəla kilsə, yox məsciddi. Bunu mən yox, tarix deyir. Tarixi materiallara diqqət etmək lazımdır. Mən də sırf o materiallar əsasında ona məktubla müraciət edəcəyəm. O, bu istiqamətdə olan tarixi bilməyə bilər. Bu təbiidir. Amma biz də öz növbəmizdə bu məsələdə aktiv olmalıyıq. İngilis, fransız, yaxud bir başqa millətin nümayəndəsi Azərbaycan-erməni münasibətlərinin tarixindən, gedişatından xəbərdar deyil. Biz aktiv olub təbliğatımızı genişləndirməliyik”x9d.
Qeyd edək ki, rejissor bir müddət əvvəl ABŞ senatını erməni lobbisini dəstəkləmədiyi üçün qınayan aktyor Corc Klunini məhkəməyə vermək istəyirdi. Lakin özünün də dediyinə görə bu bütün xristian birliyinin ortaq işi olduğu üçün birbaşa Roma Papasına müraciət etməyi düşünür.
Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































