
- A-
- A
- A+
Siyasətçinin qızının toyunda görünməmiş izdiham: 400 min qonaq, 8 kilometrlik tıxac - Video
Hindistanda nüfuzlu siyasətçi Anant Sinqhin qızının toy mərasiminə təxminən 400 min nəfər qatılıb.
Bizim.Media xəbər verir ki, mərasim siyasətçinin doğulduğu kənddə keçirilib və həm yerli sakinləri, həm də ətraf yaşayış məntəqələrindən gələn qonaqları bir araya gətirib.
Mərasimə bəyin gəlişi isə ciddi nəqliyyat sıxlığına səbəb olub. O, 150-dən çox avtomobil və digər nəqliyyat vasitəsindən ibarət toy karvanı ilə mərasimə gəlib. Nəticədə kənddə avtomobillərin və insanların hərəkəti tamamilə iflic olub, tıxacın uzunluğu təxminən 8 kilometrə çatıb.
Toy proqramı çərçivəsində at yarışları da təşkil edilib. Yarışlarda 200 süvari iştirak edib.
Tədbirə gələnlərin çoxluğu səbəbindən bir çox tamaşaçıya yer tapılmayıb. Yarışları və toy mərasimini izləmək istəyən onlarla insan ətrafdakı hündür ağaclara və elektrik dirəklərinə dırmaşıb.
Şənlik bölgə tarixində ən çox iştirakçının toplandığı tədbirlərdən birinə çevrilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































