
- A-
- A
- A+
Sakit okeanın dibində 4 mindən çox heyvan aşkar edildi
Alimlər Sakit okeanın 4-6 min metr dərinliyində yerləşən polimetal düyünlərin daxilində 4 139 heyvan aşkar ediblər.
Bizim.Media xəbər verir ki, araşdırma 2019-cu ildə Almaniyanın Bremen Universitetinin Dəniz Ekologiyası Elmləri Mərkəzinin alimləri tərəfindən aparılıb. Tədqiqatçılar Klarion-Klipperton zonasından 244 polimetal düyün toplayıblar.
Məlum olub ki, dəmir və manqan oksidlərindən ibarət bu daşabənzər formasiyaların daxili çatlarında mikroskopik canlılar məskunlaşıb. Onların arasında yumru qurdlar, xərçəngkimilər, zirehli amöblər və tardiqradlar var.
Alimlər xəbərdarlıq edirlər ki, bu düyünlər nikel, kobalt, mis və digər sənaye metallarını ehtiva etdiyindən gələcəkdə dərin dəniz mədənçiliyinin hədəfinə çevrilə bilər. Lakin onların yaranması milyonlarla il çəkir və kütləvi hasilat bu unikal ekosistemləri məhv edə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































