Qvardiola “Barselona”ya qayıtmayacaq

Qvardiola “Barselona”ya qayıtmayacaq

Hazırda oxunan: Qvardiola “Barselona”ya qayıtmayacaq
650199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyalı mütəxəssis Xosep Qvardiola gələcəkdə “Barselona”nın baş məşqçisi vəzifəsinə qayıtmağı planlaşdırmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, 54 yaşlı çalışdırıcı “Bavariya”ya mümkün qayıdışı ilə bağlı sualı cavablandırarkən bu barədə danışıb.

“Bavariyaya qayıdacağam? Mən hələ də Uli Heness və Karl-Haynts Rummenigge ilə əlaqə saxlayıram. Amma əvvəllər çalışdırdığım kluba yenidən qayıtmalıyam? Məsələn, mən “Barselona”ya qayıtmayacağam. “Bavariya”nın fantastik baş məşqçisi var – Kompani. Ondan sonra isə yeni, gənc məşqçi gələcək”, – deyə Qvardiolanın sözlərini sport.es yayıb.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi iki dəfə Çempionlar Liqasının və İspaniya Kubokunun qalibi olub, üç dəfə isə ölkə çempionluğunu qazanıb. Mütəxəssis 2013-2016-cı illərdə “Bavariya”nın baş məşqçisi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO