Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı

Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı

Hazırda oxunan: Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
650212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyanın “Fluminense” klubu müdafiəçi Tyaqo Silva ilə yeni müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, 42 yaşlı futbolçu ilə imzalanan sözləşmənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Tyaqo Silva bu ilin yayında “Portu”dan ayrıldıqdan sonra “Fluminense”yə qayıdıb. Təcrübəli müdafiəçi daha əvvəl də bu klubun formasını geyinib.

Braziliya millisinin sabiq üzvü cari mövsümdə “Fluminense”nin heyətində 16 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Tyaqo Silva karyerası ərzində “Milan”, PSJ və “Çelsi” kimi klublarda çıxış edib. O, 2021-ci ildə “Çelsi” ilə UEFA Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin heyətində isə 2019-cu ildə Amerika Kubokunu qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO