Vaşinqton Tehranın dəniz blokadasını genişləndirir – Gəmilərə xəbərdarlıq edildi

Vaşinqton Tehranın dəniz blokadasını genişləndirir – Gəmilərə xəbərdarlıq edildi

Hazırda oxunan: Vaşinqton Tehranın dəniz blokadasını genişləndirir – Gəmilərə xəbərdarlıq edildi
648466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ İranın dəniz blokadasını sərtləşdirərək neftin dəniz yolu ilə daşınmasına əlavə məhdudiyyətlər tətbiq edir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
 

Bildirilib ki, İranda yüklənmiş gəmilərdən açıq dənizdə yük qəbul edən digər gəmilər İran limanlarının blokadasından yayınmaq cəhdi kimi qiymətləndirilə bilər. Belə hallarda ABŞ hərbçiləri həmin gəmilərə qarşı tədbirlər görə bilərlər.


CENTCOM-un açıqlamasına görə, İran limanlarına və ya sahillərinə daxil olmasa belə, blokadaya məruz qalan və İranda yüklənmiş yük daşıyan gəmidən yük qəbul edən istənilən gəmi blokadadan yayınan vasitə hesab edilə bilər.

Belə gəmilər saxlanıla, göyərtəsinə baxış keçirilə, istiqaməti dəyişdirilə, ələ keçirilə və ya yükün göndərildiyi İran limanına yönləndirilə bilər.

Komandanlıq həmçinin xəbərdarlıq edib ki, blokada və ya gəmiyə daxil olma ilə bağlı qüvvələrin qanuni əmrlərinə dərhal tabe olmayan gəmilərə qarşı məcburetmə tədbirləri, o cümlədən qüvvədə olan qanunvericiliyə uyğun olaraq güc tətbiqi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO