BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

Hazırda oxunan: BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

641386

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbəri qurumun xarici təzyiq və təhdidlərə boyun əyməyəcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, məhkəmə rəhbəri çıxışında beynəlxalq hüququn aliliyinin qorunmasının vacibliyini vurğulayıb.
 

“Bu gün hər birimiz güclünün hüququnun qanuna çevrildiyi dünya ilə zərərçəkənlərin ədalət axtarışını davam etdirə biləcəyi, hüququn aliliyinə əsaslanan gələcək arasında seçim etməliyik”, – deyə o bildirib.


BCM rəhbəri məhkəmənin fəaliyyətinə mane olmaq cəhdlərini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, bu cür addımlar təkcə məhkəməni yaradan suveren dövlətlərə deyil, bütövlükdə beynəlxalq hüquq qaydasına və ədalət gözləyən zərərçəkənlərə qarşı yönəlib.

O qeyd edib ki, BCM siyasi motivlərlə fəaliyyət göstərmir və qərarlarını yalnız qanunlara və sübutlara əsaslanaraq qəbul edir.

Məhkəmə rəhbəri dövlətləri qurumun fəaliyyətinin davamlılığını təmin etmək üçün konkret addımlar atmağa, o cümlədən zəruri resurslarla təmin etməyə çağırıb.
 

“Birmənalı şəkildə bəyan edirəm: BCM beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan ən ağır cinayətləri törədənlərin maraqlarına xidmət edəcək xarici təhdidlərə boyun əyməyəcək”, – deyə o vurğulayıb.


BCM rəhbəri məhkəmənin zərərçəkənlərin maraqları naminə öz mandatını müstəqil və qərəzsiz şəkildə tam yerinə yetirmək öhdəliyinə sadiq qaldığını da bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO