Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanındakı hərbi qüvvələrinin sayını azaltmaq variantını müzakirə edir.
Bizim.Media xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Buna krallığın Hörmüz boğazında gəmilərin təhlükəsizliyinin təmin edilməsi əməliyyatları çərçivəsində ABŞ qüvvələrinə öz hərbi bazalarından və hava məkanından istifadə etməyə icazə verməməsi səbəb olub.
Səudiyyə tərəfinin bu imtinası sözügedən regional təhlükəsizlik əməliyyatının dayandırılmasına və tərəflər arasında fikir ayrılıqlarının kəskinləşməsinə gətirib çıxarıb.
Mənbələr iki ölkə arasında ciddi diplomatik gərginliyin yaşandığını da bildirirlər. Belə ki, Vaşinqton Ər-Riyadı raketdən müdafiə sistemlərinin tədarükünü məhdudlaşdıracağı ilə hədələyib. Bu təzyiqdən sonra Səudiyyə Ərəbistanı öz mövqeyini dəyişsə də, insayderlərin sözlərinə görə, müttəfiqlər arasındakı qarşılıqlı münasibətlərə artıq ciddi xələl gəlib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:27 / 01.07.2026
ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR
Hazırda oxunan: ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR
Hazırda oxunan: ABŞ hərbçilərini Səudiyyə Ərəbistanından ÇIXARIR
622632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































