Dnepropetrovsk vilayətinə 40-dan çox zərbə: 6 nəfər yaralandı

Dnepropetrovsk vilayətinə 40-dan çox zərbə: 6 nəfər yaralandı

Hazırda oxunan: Dnepropetrovsk vilayətinə 40-dan çox zərbə: 6 nəfər yaralandı

617633

Gün ərzində Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin beş rayonuna artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə 40-dan çox zərbə endirib. Atəşlər nəticəsində aralarında bir uşaq da olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.

Ən çox zərərçəkən Nikopol rayonunda qeydə alınıb. Nikopol şəhəri, habelə Marqanets, Pokrovsk və Krasnoqriqoryevsk icmalarına endirilən zərbələr nəticəsində 4 mülki şəxs yaralanıb. Xəsarət alan 16 yaşlı yeniyetmə orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 45 yaşlı qadın, həmçinin 18 və 39 yaşlı kişilər isə ambulator müalicəyə buraxılıb. Rayonda fərdi və çoxmənzilli yaşayış binalarına, eləcə də avtomobillərə ziyan dəyib.

Samarov rayonunda Rusiya qoşunlarının Pesçansk icmasını atəşə tutması nəticəsində fərdi yaşayış sektoru və infrastruktur obyektləri zədələnib. Burada iki nəfər — 86 yaşlı kişi və 73 yaşlı qadın yaralanıb, onlara evdə tibbi yardım göstərilir.
 

Bundan əlavə, dağıntılar vilayətin digər hissələrində də qeydə alınıb. Sinelnikov rayonunda Şaxtyorsk və Rayevsk icmalarına edilən hücumlar zamanı bir müəssisə və avtonəqliyyat vasitələri sıradan çıxıb. Dnepr rayonunda Slobojansk icması hədəf alınıb, nəticədə kənd təsərrüfatı müəssisəsi, qəbirstanlıq, fərdi ev və maşınlar dağılıb. Krivoy Roq istiqamətində isə Zelendolsk və Qruşevsk icmaları düşmən zərbələrinə məruz qalıb.


Xatırladaq ki, iyunun 5-i axşam və 6-na keçən gecə də Rusiya qoşunları Dnepropetrovsk vilayətinin yaşayış məntəqələrinə PUA və artilleriya ilə 30-a yaxın hücum reallaşdırıb.

Həmin zərbələr nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Dnepr rayonunda mülki infrastrukturun dağılması ilə yanaşı, güclü yanğın da qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO