İrandan Hörmüz XƏBƏRDARLIĞI – “Ya hamı üçün azad olacaq, ya da...” – FOTO

İrandan Hörmüz XƏBƏRDARLIĞI – “Ya hamı üçün azad olacaq, ya da...” – FOTO

Hazırda oxunan: İrandan Hörmüz XƏBƏRDARLIĞI – “Ya hamı üçün azad olacaq, ya da...” – FOTO

608177

“Hörmüz boğazının təhlükəsizliyi pulsuz ola bilməz”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İranın birinci vitse-prezidenti Mohammad Reza Aref “X” sosial şəbəkəsində paylaşımında bildirib.

Onun sözlərinə görə, İran neftinin ixracına məhdudiyyətlər qoyulduğu vaxtda digər ölkələrin təhlükəsiz şəraitdə Hörmüz boğazında fəaliyyət göstərəcəyinə ümid etmək məntiqsizdir:

“Seçim aydındır: ya hamı üçün azad neft bazarı, ya da hamı üçün ciddi itkilər riski”, – deyə o qeyd edib.
 

Aref vurğulayıb ki, qlobal yanacaq qiymətlərinin sabitliyi İran və onun müttəfiqlərinə qarşı iqtisadi və hərbi təzyiqlərin dayandırılmasından asılıdır.


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb. 

Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub.

Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO