Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi - FOTO  

Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi - FOTO  

Hazırda oxunan: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi - FOTO  
38998
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İordaniya və İraq mətbuatında Azərbaycanla bağlı məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu “Azərbaycan və azadlıq müharibəsindən sonra yeni reallıq” başlıqlı məqalə İordaniyanın “Əl Ənbat”, “Cohina” portalları və “Nayrouz” informasiya agentliyi, həmçinin İraqın “Əfkar Hürə” qəzetində işıq üzü görüb.

Məqalədə Azərbaycanın geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşdiyi, bu amilin rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar etdiyi qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?


Vurğulanıb ki, regional aktorlar olan qonşular - Türkiyə, Rusiya və İranla, habelə möhkəm iqtisadi əməkdaşlıq qurulmuş Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq əlaqələri mövcuddur.

Yalnız işğalçı siyasət aparan Ermənistanla bu əlaqələr yoxdur. Eyni zamanda Qərblə də konstruktiv əməkdaşlıq xarici siyasətin əsas istiqamətlərindən biridir.

Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Çinin bu ölkəyə marağı daha da artıb.

Rəsmi Pekin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni logistika mərkəzi kimi dəyərləndirir.

Məqalədə bildirilib ki, artıq regionda yeni reallıq yaranıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması nəinki regional, habelə beynəlxalq miqyasda əməkdaşlığın güclənməsinə təkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO