Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?

Hazırda oxunan: Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?

38760

Ermənistan hökuməti Zəngəzur mahalında Tatev-Ağvani yolunun 43 kilometrlik hissəsinin tikintisi üçün 5,5 milyard dram (təxminən 11 milyon dollar) ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini Suren Papikyan Facebook səhifəsində yazıb.

"Tatevdən Ağvaniyə gedən yol noyabr ayının sonuna qədər hazır olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistan Gorus-Qafana paralel yol çəkə bilməz" - Tofiq Həsənovdan ÖZƏL


Bu Gorusdan Qafana gedən alternativ yoldur.  Qısa müddətdə tikilməsini təmin etmək üçün 5,5 milyard dram sərmayə qoyulub", deyə Papikyan vurğulayıb.

Xatırladaq ki, sentyabrın ilk yarısında Gorus-Qafan yolunun Azərbaycana aid olan 21 km-lik yolun bəzi hissələrində Azərbaycan polisi İran yük maşınlarının sürücülərini saxlamağa başlayıb.

Qafandan Tatevə gedən alternativ yol isə hələlik yük maşınlarının keçməsi üçün yararlı deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO