İsveç martın 11-də rəsmi olaraq NATO-nun üzvü olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, Alyansın Brüsseldəki qərargahında İsveçin bayrağı qaldırılacaq.
Tədbirdə İsveçin Baş naziri Ulf Kristersson, Ali Baş Komandan Mikael Büden, aparıcı siyasətçilər, eləcə də NATO ölkələrindən səfirlərin iştirakı gözlənilir. Mərasim çərçivəsində mətbuat konfransının keçirilməsi gözlənilir.
Qeyd edək ki, İsveç 2022-ci ilin mayında NATO-ya üzvlük üçün müraciət edib. Rəsmi Ankara Stokholmun üzvlüyünü 2024-cü ilin yanvarında təsdiqləyib. İsveç NATO-ya üzv olan 32-ci ölkə olacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:17 / 06.03.2024
İsveç bu tarixdə rəsmi olaraq NATO-nun üzvü olacaq
Hazırda oxunan: İsveç bu tarixdə rəsmi olaraq NATO-nun üzvü olacaq
Hazırda oxunan: İsveç bu tarixdə rəsmi olaraq NATO-nun üzvü olacaq
181371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.