Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
135252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Mehman Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə Mehman Qasımovun Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcdan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Mehman Qasımov Gürcüstan Respublikası ərazisində saxlanılaraq mayın 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO