
- A-
- A
- A+
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım etdi - Foto
Noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışı keçirilib. Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva da tədbirdə iştirak edib.
Bizim.Media xəbər verir ki, A. Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib. Gənclərin tariximizə və milli irsimizə marağını artıran yarışın sonunda qaliblər sertifikatlarla təltif olunublar. 2014-cü ildən etibarən ənənəvi olaraq təşkil edilən bu layihə gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin həyat yolunun və siyasi fəaliyyətinin daha dərindən mənimsənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tarixini bilən, milli dəyərlərinə sahib çıxan gənclər gələcəyimizin ən böyük gücüdür! Bütün qalibləri təbrik edirik!” - paylaşımda qeyd edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
















































































































