
- A-
- A
- A+
Nazirlər SABAH.city innovasiya şəhərciyində - Foto
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və elm və təhsil naziri Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olublar.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər şəhərcikdə həyata keçirilən işlərlə tanış olub, startapların fəaliyyəti üçün yaradılmış kovorkinq mərkəzləri və laboratoriyaların imkanlarına baxıblar.
SABAH.city-nin inkişaf perspektivləri, eləcə də qurumlararası əməkdaşlığın potensial istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən startapların dəstəklənməsi, bu istiqamətdə maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər nəzərdən keçirilib.
Startap ekosisteminin inkişafına dəstəyin gücləndirilməsi və SABAH.city-nin gələcək inkişaf planının hazırlanması əsas müzakirə mövzularından olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































