Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir

Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir

Hazırda oxunan: Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
647443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel gələcəkdə klub səviyyəsində məşqçiliyə qayıda biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, 53 yaşlı mütəxəssis "The Telegraph"a açıqlamasında 2028-ci il Avropa çempionatına qədər İngiltərə millisindən ayrılmayacağını bildirib. Bununla belə, həmin turnirdən sonra bütün təklifləri nəzərdən keçirməyə açıq olduğunu vurğulayıb.
 

“Bir mövsümdə 50 oyun keçirdiyimiz günlər üçün darıxıram. Hər şeyin artıq başa çatdığı o iki dəqiqə məndə çatışmır. Dolub-daşan stadion, yanan projektorlar, səni bürüyən emosiyalar... Sən də bütün bunların bir hissəsisən. Sonra final fiti səslənir və yenidən tunelə doğru gedirsən. Bu zaman komandanın necə qələbə qazana biləcəyi barədə düşünürsən”, – deyə Tuhel bildirib.


Qeyd edək ki, Tuhel 2025-ci ilin yanvar ayından İngiltərə milli komandasına rəhbərlik edir. Klub səviyyəsində o, "Bavariya", "Çelsi", PSJ, "Borussiya Dortmund" və "Maynts" kimi klublarda məşqçilik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO