Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS OLUNDU

Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS OLUNDU

Hazırda oxunan: Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS OLUNDU
64707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Fikrət Mirzəyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

F.Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib (APA).

Bizim.Media


Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS OLUNDU - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO