Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

Hazırda oxunan: Ağdam-Xankəndi dəmiryolunda 3 stansiya inşa ediləcək – RƏSMİ

640553

Ağdam-Xankəndi dəmiryol xətti üzrə hayihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin 57 faizi başa çatdırılıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev məlumat verib:

“ADY Ağdam-Xankəndi dəmiryol xətti üzrə layihələndirmə və tikinti işlərini davam etdirir. Uzunluğu 28 km təşkil edən bu dəmiryol xəttində 130 mühəndis qurğusu, eləcə də 3 dəmiryol stansiyasının (Xankəndi, Əsgəran, Xocalı) tikintisi nəzərdə tutulub. O cümlədən layihə üzrə körpülər, piyada keçidləri, heyvan keçidi və digər qurğuların inşası aparılır”.

Məlumatda bildirilib ki, hazırda Xankəndi Dəmiryol və Avtovağzal Kompleksinin də tikinti işləri davam etdirilir.
 

“Kompleks 6.4 hektar ərazini əhatə edir və burada iki dəmir yolu platforması, beşmərtəbəli əsas vağzal binası, avtobus servis mərkəzi, avtobus dayanacağı və texniki bina inşa olunacaq.


Ümumilikdə Ağdam-Xankəndi xətti işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi dirçəlişinə, nəqliyyat infrastrukturunun güclənməsinə, bölgəarası əlaqələrin genişləndirilməsinə, dayanıqlı inkişafın təmin olunmasına və ən əsası, böyük qayıdışa mühüm töhfə verəcək”,-deyə açıqlamada bildirilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO