İçərişəhər avtomobillər üçün tam bağlanacaq? – Sədrdən AÇIQLAMA

İçərişəhər avtomobillər üçün tam bağlanacaq? – Sədrdən AÇIQLAMA

Hazırda oxunan: İçərişəhər avtomobillər üçün tam bağlanacaq? – Sədrdən AÇIQLAMA
638776
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İçərişəhərdə ümumi yol şəbəkəsi 7,5 kilometrdir. Bunun təxmini yarısı elə piyada yollarıdır”.

Bizim.Media xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud APA-ya və “Xəzər” TV-yə müsahibəsində deyib.

“Bu gün maşınlar üçün əsas istifadə olunan yollar daxili perimetr üzrə olan yollardır. Onların bağlanmaması şəhərin canlı qalması üçün mütləqdir. Amma piyadalar üçün daha çox imkanlar yaradılır, daha rahat piyada zonaları təşkil olunur.

Eyni zamanda inklüziv yolların da tikintisi bizim planımızda var. Bu gün artıq Qız qalasına çatan və Neftçilər prospektindən başlayan yol inklüziv yol olaraq təşkil olunub və bunun davam etdirilməsi planlaşdırılır. Məqsəd bütün ərazini avtomobillər üçün bağlamaq deyil, sakinlərin ehtiyaclarını nəzərə alan düzgün piyadalaşdırma modelidir”, – İdarə sədri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO