İtinizi gəzdirərkən bu səhvləri etməyin – Mütəxəssislərdən məsləhətlər

İtinizi gəzdirərkən bu səhvləri etməyin – Mütəxəssislərdən məsləhətlər

Hazırda oxunan: İtinizi gəzdirərkən bu səhvləri etməyin – Mütəxəssislərdən məsləhətlər

637551

İti hər gün gəzdirmək vacibdir, amma gəzinti zamanı edilən bəzi səhvlər heyvanın sağlamlığına və davranışına mənfi təsir göstərə bilər.
 
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it sahiblərinə gəzintinin yalnız heyvanı hərəkət etdirməkdən ibarət olmadığını, onun psixoloji ehtiyaclarının da nəzərə alınmasının vacib olduğunu bildiriblər.

Onların fikrincə, iti gəzintiyə çıxarmadan əvvəl məqsədi müəyyənləşdirmək lazımdır. Bu, fiziki hərəkət, ətrafı araşdırmaq və ya sadəcə heyvanın zehni olaraq məşğul olması ola bilər.

İti dartmaq olmaz

Mütəxəssislər gəzinti zamanı itin boynuna təzyiq göstərməməyi tövsiyə edirlər. İt dayanıb ətrafı, xüsusilə də müxtəlif qoxuları araşdırmaq istəyirsə, onu daim dartaraq uzaqlaşdırmaq düzgün deyil.

Qoxlama itlər üçün ətraf mühiti tanımağın əsas yollarından biridir. Buna görə də gəzinti zamanı heyvana ətrafı iyləmək və araşdırmaq üçün vaxt vermək onun üçün faydalıdır.

Gəzintinin uzunluğu yox, keyfiyyəti önəmlidir

Mütəxəssislər bütün itlər üçün eyni müddətdə gəzintinin uyğun olmadığını deyirlər. Gəzintinin müddəti və tezliyi itin yaşından, sağlamlığından, enerjisindən və fərdi ehtiyaclarından asılıdır. Bu səbəbdən itin nə qədər yol getdiyindən çox, gəzintidən nə qədər faydalandığına diqqət etmək tövsiyə olunur.

Yanınızda yem saxlayın

Mütəxəssislər gəzinti zamanı itin xoş davranışını mükafatlandırmaq üçün yanında sevdiyi yemlərdən saxlamağı da məsləhət görürlər. Xüsusilə çətin və gözlənilməz vəziyyətlərdə bu üsul itin davranışını idarə etməyə kömək edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO